30 Noyabr 2018 10:00

İnteryer avadanlıqlarının satın alınmasına dair bildiriş

Satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən keçirilmiş Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ərazisində Məhkəmə Tibbi və Patoloji Anatomiya Mərkəzinin binası üçün interyer avadanlıqlarının “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə “Mətbəx Aləmi” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 26.11.2018-ci il tarixdə ƏDV daxil 132990,72 manat (yüz otuz iki min doqquz yüz doxsan manat 72 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

 

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar