28 İyul 2020 8:49

Superaxışqanlaşdırıcı, gecikdirici və qəlib ayırıcı əlavələrin satın alınması üzrə tender

Tender bir lot üzrə keçirilir

“Bakı Metropoliteni” QSC superaxışqanlaşdırıcı, gecikdirici və qəlib ayırıcı əlavələrin satınalınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender  1 (bir) lot üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

 

LOT-1 “Bakı Metropoliteni” QSC üçün superaxışqanlaşdırıcı, gecikdirici və qəlib ayırıcı əlavələrin satınalınması 

 

              iştirak haqqı-  450 manat

 

Hesabın adı: BAKI METROPOLITENI QSC

 Hesab nömrəsi (IBAN) :

AZ98AZRT38050019440010268002 AZN

VÖEN 1402871431

Bankın adı : AZƏR TÜRK BANK ASC  (Mərkəz Filialı)

Kod: 501361

VÖEN: 9900006111

Müxbir hesabı: AZ02NABZ01350100000000022944

SWIFT BIK: AZRTAZ22

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

             İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  2. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

 

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.

Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. 

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 

 “ 19  ”  avqust 2020-ci il saat 1430-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 

 “27 ” avqust  2020-ci il saat 1430-a qədər  PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri “28 ” avqust  2020-ci il saat 1430-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

 

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

 “BAKI  METROPOLİTENİ” QSC 
TENDER KOMİSSİYASI

 

 

 



Bütün Tenderlar