01 İyun 2017 0:00

Təmizləyici vasitələrinin satınalınmasına dair bildiriş

Tender 22 iyun tarixinə keçirilib

“Bakı Metropoliteni” QSC tərəfindən 08.06.2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan Lot-2 üzrə  “Təmizləyici vasitələrinin  satınalınması” üzrə Açıq Tenderin vaxtı “22” iyun 2017-ci il tarixə saat 15:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “12” iyun 2017-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “21” iyun 2017-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar