12 Avqust 2020 8:52

"Master Açar" sisteminin quraşdırılması üçün tələb olunan malların və aksessuarların satın alınmasına dair bildiriş

Satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən “29” iyul 2020-ci il tarixdə keçirilmiş Bakı Metropoliteninin  III yeni (“Bənövsəyi”) xətti üzrə şərti adı "B03" stansiyasında və II mövcud (“Qırmızı”) xəttə aid "N.Nərimanov" elektrik deposunda yerləşən Blok postunun binasında "Master Açar" sisteminin quraşdırılması üçün tələb olunan  malların və aksessuarların  “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə "SİRİUS-KONSTRUKSİON" şirkəti qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 07.08.2020-ci il tarixdə ƏDV daxil 98 793,73 (doxsan səkkiz min yeddi yüz doxsan üç manat 73 qəpik) manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

“Bakı Metropoliteni” QSC-nin
 Tender Komissiyası

 



Bütün Tenderlar