17 Sentyabr 2020 9:23

Yaxma və yapışdırıcı malların satın alınması üzrə tender

Tender bir lot üzrə keçirilir


“Bakı Metropoliteni” QSC üçün yaxma və yapışdırıcı malların  satın alınması üzrə

AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 (bir) lot üzrə keçirilir: “Bakı Metropoliteni” QSC üçün yaxma və yapışdırıcı malların satın alınması

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız “ASAN Ödəniş” vasitəsilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə adı çəkilən tender bölməsində əldə edə bilərlər (Əlaqələndirici şəxs: Rauf Yusifov telefon:490-01-01)


İştirak haqqı- 150 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
2. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçılar müvafiq mallar üzrə keyfiyyət və uyğunluq sertifikatları;

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.
Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri
“07” oktyabr 2020-ci il saat 15:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini
“15” oktyabr 2020-ci il saat 15:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
İddiaçıların təklifləri “16” oktyabr 2020-ci il saat 15:00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

“BAKI METROPOLİTENİ” QSC
TENDER KOMİSSİYASI



Bütün Tenderlar