29 Sentyabr 2020 9:19

Ventilyasiya sistemin quraşdırılması işlərinin satınalınmasına dair bildiriş

“06” oktyabr 2020-ci il tarixinə keçirilmişdir

“Bakı Metropoliteni” QSC tərəfindən 07.10.2020-ci il tarixdə keçirilməsi nəzərdə tutulan Bakı Metropoliteninin III yeni (“Bənövşəyi”) xəttinə aid "Xocasən" elektrik deposunda Blok Post binasında , B-DA-00 yarımstansiyasında, 1 və 2 saylı Nəzarət Buraxılış Məntəqələrində ventilyasiya sistemin quraşdırılması işlərinin satınalınması üzrə Açıq Tenderin vaxtı “06” oktyabr 2020-ci il tarixə saat 14:30-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “14” oktyabr 2020-ci il saat 14:30-a qədər, tender təklifi və bank təminatını isə “15” oktyabr 2020-ci il saat 14:30-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

 
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar