15 Dekabr 2020 11:09
Avadanlıqların, ehtiyat hissələrinin, aksesuarların və mal materiallarının satın alınması üzrə bildiriş
Tenderin vaxtı uzadılıb
“Bakı Metropoliteni” QSC tərəfindən 23.12.2020-ci il tarixdə keçirilməsi nəzərdə tutulan İşarəvermə və rabitə üçün avadanlıqların, ehtiyat hissələrinin, aksesuarların və mal materiallarının satın alınması üzrə Açıq Tenderin vaxtı “13” yanvar 2021-ci il tarixə saat 15:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “30” dekabr 2020-ci il saat 15:00-a qədər, tender təklifi və bank təminatını isə “12” yanvar 2021-ci il saat 15:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
Tender Komissiyası