15 Dekabr 2020 5:00
Müxtəlif növ metal məmulatlarının satın alınması üzrə bildiriş
Tenderin vaxtı uzadılıb
“Bakı Metropoliteni” QSC tərəfindən “24” dekabr 2020-ci il saat 15:00-da keçirilməsi nəzərdə tutulan müxtəlif növ metal məmulatlarının satın alınması üzrə Açıq Tenderin vaxtı “28” yanvar 2021-ci il tarixə saat 12:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “18” yanvar 2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə “27” yanvar 2021-ci il saat 12:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
“Bakı Metropoliteni” QSC
Tender Komissiyası