23 Dekabr 2020 9:02
Korroziya əleyhinə mühafizə üzlüklərinin çəkilməsi zamanı texniki nəzarət xidmətinin satın alınmasına dair bildiriş
Müvafiq satınalma müqaviləsi imzalanmışdır
“Bakı Metropoliteni” QSC tərəfindən “07” dekabr 2020-ci il tarixdə Dövlət Satınalmalarının Vahid Internet Portal vasitəsi ilə “Bakı Metropoliteni” QSC-nin tunellərində korroziya əleyhinə mühafizə üzlüklərinin çəkilməsi zamanı texniki nəzarət xidmətinin satın alınmasına dair “Açıq Tender” (Elektron) üsulu ilə müsabiqə keçirmiş və “Superior Products Caspian" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 180256,80 manat (yüz səksən min iki yüz əlli altı manat 80 qəpik) ƏDV daxil məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası