29 Dekabr 2020 9:15

Kabel xətləri üçün plastik boru və bağlantıların satınalınmasına dair bildiriş

Müvafiq satınalma müqaviləsi imzalanmışdır

“Bakı Metropoliteni” QSC tərəfindən “23” dekabr 2020-ci il tarixdə Dövlət Satınalmalarının Vahid Internet Portal vasitəsi ilə Bakı Metropoliteninin III yeni (Bənövşəyi) xəttinə aid "Xocasən" elektrik deposunda kabel xətləri üçün plastik boru və bağlantıların satınalınmasına dair “Açıq Tender” (Elektron) üsulu ilə müsabiqə keçirilmiş və "POLİMART" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 71905,49 (yetmiş bir min doqquz yüz beş manat 49 qəpik) manat ƏDV daxil məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

 

 “Bakı Metropoliteni” QSC-nin

 Tender Komissiyası

 



Bütün Tenderlar