07 Yanvar 2021 14:55
Kimyəvi məhsulların satın alınmasına dair bildiriş
“15” fevral 2021-ci il tarixinə keçirilmişdir
“Bakı Metropoliteni” QSC tərəfindən “15” yanvar 2021-ci il saat 12:00-da keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC üçün kimyəvi məhsulların satın alınması üzrə Açıq Tenderin vaxtı “15” fevral 2021-ci il tarixə saat 12:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “04” fevral 2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə “12” fevral 2021-ci il saat 12:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası