Announcements

 
Announcements Archive

Novelties

«Sənədlər» bölməsinin «Rəsmi sənədlər» yarımbölməsinə iki yeni sənəd əlavə olunub.

 
Read more...
 
Announcements Archive

News

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı

27.02.2014

Bildiyiniz kimi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndir.

Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilmişdir ki, metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilmişdir. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti yenidən təşkil olunaraq, dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

 
Read more...

Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edildi

27.02.2014

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsi ilə yaradılmış dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Zaur Mir Tofiq oğlu Hüseynovu təyin edib.

 
Read more...

«28 May» stansiyasına və texnoloji korpusa baxış keçirildi

03.02.2014

Dövlət proqramına uyğun olaraq, «28 May» stansiyasında aparılan yenidənqurma tədbirləri həlledici mərhələsindədir. Görülən işlərlə tanış olmaq, bəzi məsələləri yerində müzakirə etmək məqsədilə metropoliten rəisi Tağı Əhmədovun iştirakı ilə yenidənqurma prosesinə geniş tərkibdə baxış keçirilib.

 

 
Read more...

Metropoliten qışın qarına-şaxtasına tam hazırdır

30.01.2014

Yaxın günlərdə havanın qarlı-şaxtalı, çovğunlu keçməsi ehtimalı var. Bununla əlaqədar Bakı metropoliteni xüsusi tədbirlər planının icrasına tam hazırdır.

 
Read more...

"Elmlər Akademiyası" stansiyasında platformaya birləşmənin və vestibülün inşası başlanır

24.01.2014

Sərnişinlərin müşahidə etdiyi kimi, «Elmlər Akademiyası» stansiyasında platformanın yol hissəsində tavan və divarın bəzi hissələrində söküntü yerləri var. Bu, stansiyaının ikinci giriş-çıxışının inşası ilə bağlı tədbirlərin bir hissəsidir.

 
Read more...
 
Archive

Are you familiar with the rules of usage of Baku Metropolitan?