16 November 2020 16:20
Texniki nəzarət xidmətinin satın alınmasına dair bildiriş
“07” dekabr 2020-ci il tarixinə keçirilmişdir
“Bakı Metropoliteni” QSC tərəfindən “27” noyabr 2020-ci il saat 11:30-da il tarixində keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC-nin tunellərində korroziya əleyhinə mühafizə üzlüklərinin çəkilməsi zamanı texniki nəzarət xidmətinin satın alınması üzrə Açıq Tenderin vaxtı “07” dekabr 2020-ci il tarixə saat 11:30-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “26” noyabr 2020-ci il saat 11:30-a qədər, tender təklifi və bank təminatını isə “04” dekabr 2020-ci il saat 11:30-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası