17 İyul 2015

Ramazan bayramınız mübarək!

Dünya müsəlmanlarının əziz günü münasibətilə təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olunmasını diləyirik.

Əziz həmvətənlər!
Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə Sizi təbrik edir, Allahdan oruc və namazlarınızın, dualarınızın qəbul olunmasını diləyirik.
Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır.
Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqin edir.
Bu əziz gündə biz Uca Allaha dualar edir, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda çalışan dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasını, qaçqınlarımız və köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını, arzulayırıq.
Ölkəmizin, Bakımızın daha da çiçəklənməsini inkişafını arzulayırıq.
BAYRAMINIZ MÜBARƏK!





Bütün xəbərlər