06 Avqust 2015

Sərnişinlərin nəzərinə!

Stansiyalara daxil olmaq üçün vahid ödəniş vasitəsi kimi “BakıKART” və “BakıKART Məhdud istifadə üçün” kartların istifadəsinə başlanılır.

08.08.2015-ci il tarixindən Bakı Metropoliteni stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi “BakıKART” və “BakıKART Məhdud istifadə üçün” kartların istifadəsinə başlanılır. Birinci mərhələdə “BakıKART” və “BakıKART Məhdud istifadə üçün” kartlarından “BakuBus” MMC-yə aid avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcəkdir.
Bu kartların təhlükəsizliyi yeni texnologiyaların tətbiqi ilə ən yüksək səviyyədə qorunur.
“BakıKART” və “BakıKART Məhdud istifadə üçün” kartlarını bütün stansiyaların vestibüllərində və “BakuBus” MMC-yə məxsus olan marşrutların Bakı şəhərindəki dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək olar.
“BakıKART” (Plastik kart)-ın satış qiyməti 2 (iki) manatdır. 1 gediş haqqının qiyməti 20 qəpikdir. Terminallarda “Bakı KART”ın balansının artırılması mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.
“BakıKART Məhdud istifadə üçün” kartın satış qiyməti 20 qəpikdir. Bu növ karta yalnız satın alındığı zaman 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının qiyməti 20 qəpikdir. Terminallarda bu növ kartın balansının artırılması mümkün deyildir. Bu kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərimizin qonaqları və şəhər sakinləri üçün nəzərdə tutulub.
Nəzərə alınmalıdır ki, hər iki növ kart heç bir halda geri qaytarılmır.
“METRO KART”ın girov dəyəri 2 şəkildə gediş haqqı olaraq istifadə edilə bilər:
- “METRO KART”ın girov dəyəri “METRO KART»a gediş haqqı olaraq yüklənir. “METRO KART”ın balansı sıfır olduqda atılır və yeni“BakıKART” alınaraq istifadə edilir;
- “METRO KART”ın girov dəyəri və balansında olan məbləğ “BakıKART»a köçürülərək istifadə edilir
“METRO KART”ın balansında olan gediş haqqı 30.09.2015-ci il tarixə qədər istifadə oluna bilər.
“METRO KART”ın girov dəyərini və balansda olan məbləği “BakıKART»a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsi ilə “BakıKART»ı alıb istifadədə olan “METRO KART” ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir.
Bir ədəd “METRO KART”ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd “BakıKART”a transfer etmək mümkündür.
“METRO KART”ı qaytarmaq istəyən sərnişinlər kartın girov dəyərini 15.08.2015-ci il tarixinə kimi stansiyaların xəzinələrindən geri ala biləcəklər. 15.08.2015-ci il tarixindən 30.09.2015-ci il tarixədək “METRO KART»ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə edilə biləcəkdir.
30.09.2015-ci il tarixədək metropolitendə “METRO KART” və “BakıKART»ın birgə istifadəsi həyata keçiriləcəkdir. 30.09.2015-ci il tarixindən etibarən “METRO KART»ın istifadəsi dayandırılacaqdır.
“METRO KART” və “BakıKART»ları ilə yaranmış hər-hansı bir problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov”, “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “KART-ANALİZ” mərkəzlərlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti





Bütün xəbərlər