14 Oktyabr 2015

Sərnişinlərin nəzərinə!

Sabahdan «Nizami» stansiyasının eskalatorlarından biri əsaslı təmirə dayandırılır.

2015-ci ilin təmir planına uyğun olaraq, «Nizami» stansiyasının 1 saylı eskalatoru oktyabrın 15-dən əsaslı təmirə dayandırılır. Qeyd edək ki, Bakı metropolitenində tətbiq edilən müvafiq təlimat qaydasına uyğun olaraq, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmir olunmalıdır.
1 saylı eskalator 2016-cı il fevral ayının 10-da yenidən istismara veriləcək.





Bütün xəbərlər