23 Oktyabr 2015

Metropoliten İşçiləri Həmkarlar İttifaqının əməkdaşları medala layiq görüldülər

Dövlət başçısının sərəncamına uyğun olaraq, onlar «Tərəqqi» medalı ilə təltif ediliblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 21-də imzaladığı sərəncama əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir qrup əməkdaşı orden və medallar, eləcə də fəxri adlarla təltif olunub.
Sərəncamlara əsasən, bir neçə fəala həmkarlar hərəkatı fəalına 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, başqa bir qisminə isə “Tərəqqi” medalı təqdim edilib. Bundan savayı, “Əməkdar həkim”, “Əməkdar müəllim”, “Əməkdar jurnalist”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” və “Əməkdar mədəniyyət işçisi” fəxri adlarının verilməsi barədə də sərəncam imzalanıb.
Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə əməyi yüksək qiymətləndirilərək mükafatlandırılanlar arasında Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Fərman oğlu Mərdanov və təşkilatın mühasibi Sevda Müfti qızı Hüseynova da var.
Dövlət başçısının sərəncamına uyğun olaraq, onlar da «Tərəqqi» medalı ilə təltif ediliblər.
Bütün metropolitençilər adından Arif Mərdanovu və Sevda Hüseynovanı bu etimada layiq görülməsi münasibətilə təbrik edir, metropoliten istismarçıları və inşaatçılarının rifahı naminə fəaliyyətlərində uğurlar arzulayırıq.





Bütün xəbərlər