09 Fevral 2016 20:05

Sərnişinlərin nəzərinə

«Nizami» stansiyasında əsaslı təmirə dayandırılmış eskalatorun fəaliyyəti bərpa olunur.

«Nizami» stansiyasının 2015-ci il oktyabr ayının 15-də əsaslı təmirə dayandırılmış 1 saylı eskalatoru sabah – fevral ayının 10-da yenidən sərnişinlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, Bakı metropolitenində tətbiq edilən müvafiq təlimat qaydalarına görə, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmirə dayandırılır.





Bütün xəbərlər