25 Fevral 2016 0:00

ELAN

Metropolitendə qatarın qəbulu və yola salınması üzrə növbətçi peşəsi üzrə ödənişsiz kurslar təşkil edilir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurslar təşkil edir. Kurslar 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər. Kursda iştirak tələbləri:

Xanımlar üçün
• Yaş: 18–30 arası
• Boy: minimum 170 sm
• Təhsil: minimum tam orta təhsil
• Dil bilikləri:
     o Azərbaycan dili – Əla
     o Xarici dil bilmək arzuolunandır

Oğlanlar üçün;
• Yaş: 22–30 arası
• Boy: minimum 170 sm
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
    o Azərbaycan dili – Əla
    o Xarici dil bilmək arzuolunandır

Kurslarda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsininin qeyd edilməsi zəruridir.
Müraciət üçün son tarix 04.03.2016-cı il.





Bütün xəbərlər