07 Mart 2016

Bayramınız mübarək, əziz qadınlar!

8 Mart Beynəlxalq Qadınlar Günüdür.

Qadının Azərbaycan cəmiyyətində tutduğu mövqe tarixən yüksək olub. Onlar doğma ocağımızı isitməklə, övladlarımızın tərbiyəsində əsas rol oynamaqla yanaşı, cəmiyyətdə də müxtəlif sahələrdə kişilərlə çiyin-çiyinə çalışır, fədakarlıqları, zəhmətləri ilə daim fərqlənirlər.
Bu gün paytaxtımızın yeraltı sərnişin nəqliyyatında insanlara göstərilən xidmətin əsas yaradıcıları arasında da qadınlar xüsusi yer tutur. Kollektivdə 1600-dən artıq qadın çalışır. Zəhmətdə, hünərdə kişilərdən heç də geri qalmayan metropolitençi qadınlar sərnişindaşıma prosesinin ən məsul sahələrində əzmkarlıq, fədakarlıq nümunəsidirlər.
Qadın əməyini daim uca tutan «Bakı Metropoliteni» QSC-nin kollektivi bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, səadət və uğurlar arzulayır.
Bayramınız mübarək, əziz qadınlar!





Bütün xəbərlər