10 Mart 2016

"Həzi Aslanov" stansiyasında eskalator təmirə dayandırılır

Onun aprelin 7-də istifadəyə verilməsi planlaşdırılır.

"Həzi Aslanov" stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib. Bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. 11 mart 2016-ci il tarixindən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, bu müddət ərzində 2 saylı eskalator fəaliyyətini adi qaydada davam etdirəcək.
1 saylı eskalatorun 7 aprel 2016-cı il tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.
"Bakı Metropoliteni" QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.

 





Bütün xəbərlər