29 Mart 2016

Novruz bayramında geniş mədəni tədbirlər proqramı həyata keçirildi

Doğma ocaqlarından məhrum olmuş həmvətənlərimizə də bayram sovqatı paylanıb.

Metropolitençilərin sosial-mədəni rifahının yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə «Bakı Metropoliteni» QSC-də həyata keçirilən tədbirlər planı Novruz bayramı günlərində də davam etdirilib. Metropoliten İşçiləri Həmkarlar İttfaqı ilə birlikdə bayram ərəfəsində bütün metropoliteniçlərə də bayram sovqatlarınını paylanmasından savayı, işçilərin mədəni istirahətinin təşkili istiqamətində də addımlar atılıb.
əməkdə fərqlənən 44 metropolitençi martın 22-dən 26-dək Türkiyənin İstanbul şəhərinə 4-günlük tətilə göndərilib. İstanbulun mərkəzində 4 ulduzlu istirahət mərkəzində yerləşdirilən işçilər üçün şəhər rahat turu təşkil edilib. Onlar dünya mədəniyyətinin nadir inciləri sayılan məşhur Sultan Əhməd məscidini və Ayasofya muzeyini, Topqapı sarayını, həmçinin Türkiyə və Osmanlı coğrafiyasına həsr olunmuş maketlərin yer aldığı Miniatürk parkı və İstanbul Akvariumuna səfər ediblər. Qeyd edək ki, metropolitençilərin ilk belə xarici səfəri 2014-cü ilin yay aylarında Gürcüstanın Kabuleti şəhərinə olmuşdu. Yeni il ərəfəsində isə bir qrup gənc metropolitençinin İstanbula səfəri təşkil olunmuşdu.
Bayram günlərində metropolitençilərin səfalı bölgələrimizə səfərləri də təşkil olunub. Martın 22-dən 26-dək 114 nəfər Lerikin “Meşəbəyi” istirahət zonasına və 36 nəfər isə Qəbələnin “Qafqaz” istirahət mərkəzinə göndərilib. Sözügedən rayonların tarixi, mədəniyyət mərkəzlərini ziyarət edən işçilərimiz ailə üzvləri ilə birlikdə xoş istirahət ediblər.
Martın 19-u, ənənə üzrə, Şamaxı və Ağdam rayonlarında məskunlaşan qaçqın və məcburi köçkün ailələrinə Novruz bayramı münasibəti bayram sovqatı göndərilib. Metropolitençilərin nümayəndə heyəti doğma ocaqlarından məhrum olmuş insanları «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynovun və MİHİ-nin sədri Arif Mərdanovun adından Novruz bayramı münasibətilə təbrik edib, gələn bayramları öz doğma ocaqlarında qarşılamağı arzulayıblar.





Bütün xəbərlər