26 İyul 2016

Sərnişinlərin yaddaş kitabçası

Bakı metropolitenində təhlükəsizlik qaydalarına nə üçün riayət etməliyik?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi «Bakı Metropolitenindən istifadə qaydaları»nda sərnişinlərin mütləq riayət etməli olduğu müəyyən qadağalar nəzərdə tutulub. Sərnişinlər bu qaydalara riayət etməklə, ilk növbədə, özlərinin, eləcə də digər sərnişinlərin təhlükəsizliyinə xidmət edir.
Bununla yanaşı, sərnişinlər yanğın zamanı və qatar yoluna yıxılarkən, təhlükəsizlikləri üçün bəzi qaydaları yadda saxlayıb, onlara mütləq əməl etməlidirlər.
Qaydaların sərnişin təhlükəsizliyinə necə cavab verməsinin səbəbləri ilə bağlı Bakı metropoliteninin mütəxəssisləri yaddaş kitabçası hazırlayıblar. Onların əhəmiyyətini, xüsusən də sərnişinlərə faydasını nəzərə alaraq, yaddaş kitabçasını saytımızın «Sərnişinlər üçün» bölməsində ayrıca yaradılmış «Yaddaş kitabçası» yarımbölməsində yerləşdirmişik.
Sərnişinlərimiz bu yaddaş kitabçasını «Adobe acrobat» proqramı vasitəsilə yükləyərək, daimi istifadə edə və müvafiq formatı dəstəkləyən mobil cihazlarda saxlaya bilər.
«Yaddaş kitabçası»nın yerləşdiyi bölməyə keçid: Sərnişinin yaddaş kitabçası
«Yaddaş kitabçası»nı yükləmək üçün keçid: Sərnişinin yaddaş kitabçası





Bütün xəbərlər