27 İyul 2016

“Bakı Metropoliteni” QSC növbəti ödənişsiz kurs elan edir

Kurslar qatarların qəbulu və yola salınması növbətçisi peşəsi üzrə təşkil edilir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurs təşkil edir. Kurs 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcək.

Kursda iştirak tələbləri:

Xanımlar üçün

Yaş: 18-30 arası
Boy: minimum 170 sm
Təhsil: minimum tam orta təhsil
Dil bilikləri:
o Azərbaycan dili – Əla
o Xarici dil bilmək arzuolunandır
Qeydiyyat: Bakı şəhəri

Oğlanlar üçün

Yaş: 22-30 arası
Boy: minimum 170 sm
Hərbi mükəlləfiyyətli
Təhsil: Texniki Ali
Dil bilikləri:
o Azərbaycan dili – Əla
o Xarici dil bilmək arzuolunandır
Qeydiyyat: Bakı şəhəri


Kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdır. Müvafiq bölməyə keçid.
Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsinin qeyd edilməsi zəruridir.
Müraciət üçün son tarix 05.08.2016-cı il.





Bütün xəbərlər