07 Oktyabr 2016

Metropolitendə qeyri-qanuni reklam yerləşdirilməsi cəhdləri yolverilməzdir

Bu cəhdlər dövlət əmlakına zərər vurulması deməkdir.

Məlum olduğu kimi, 2014-cü ildə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra, metroda bütün növ reklam vəsaitləri yığışdırıldı. Əsas məqsəd metro stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə uyğun gəlməyən, təhlükəsizliyinə maneə yaradan reklam vasitələrini yığışdırmaq idi. Eyni zamanda, metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirilirdi.
Artıq ötən ildən metro stansiyalarında qanunvericiliyin tələbləri qorunmaqla müasir standartlara cavab verən reklam vasitələrindən istifadə olunur. Görülmüş tədbirlər nəticəsində, artıq mertopoliten ərazisində razılaşdırılmamış reklam vasitələrinin yerləşdirilməməsi təmin edilmişdir.
Buna baxmayaraq bəzən qanunsuz reklam vasitələrindən istifadəyə cəhd edən şirkətlər də aşkarlanır. Belə ki, 3 oktyabr 2016-cı il tarixində metro qatarında “İxlas su” şirkətinə məxsus reklam vəsaitərinin yapışdırılmasına rast gəlinib. Həmin reklam vasitələri vaqon qapısının üst hissəsində yerləşdirilmiş metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılıb. Təbii ki, bu yolverilməzdir və eyni zamanda dövlət əmlakına zərər vurulması deməkdir.
Artıq “Bakı Metropoliteni” QSC məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Fakt Bakı Metropolitenində Polis şöbəsi tərəfindən araşdırılır.





Bütün xəbərlər