07 Noyabr 2016

10 METROPOLİTENÇİ FƏXRİ AD VƏ MEDALA LAYİQ GÖRÜLDÜ

Azərbaycan Prezidentinin sərəncamları ilə metropolitençilər “Əməkdar mühəndis” fəxri adı və «Tərəqqi» medalı ilə mükfatlanlırılıblar.

Y.H.Davıdova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətinə görə Yusif Hümmət oğlu Davıdova “Əməkdar mühəndis” fəxri adı verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2016-cı il.

 * * *

Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Əsgərov İntizar Polad oğlu
Həşimov Böyükağa Həsənqulu oğlu
İsmayılov Elçin Əlpaşa oğlu
Kazımov Naqib Müslüm oğlu
Mehdiyev Vaqif Ağarəhim oğlu
Məmmədov Elxan Mustafa oğlu
Məmmədov Xanlar Məhərrəm oğlu
Yusifov Sadəddin Nurəddin oğlu
Yusupov Rəşid Hafis oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2016-cı il.





Bütün xəbərlər