14 Dekabr 2016

Sərnişinlərin nəzərinə

Dekabrın 15-də "Cəfər Cabbarlı" stansiyasının birinci yolu açılacaq.

Qısa müddətli təmir-bərpa işləri məqsədilə dekabr ayının 7-də sərnişinlərin istifadəsi üçün müvəqqəti olaraq bağlanmış "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu yenidən qatarları qəbul etməyə başlayacaq.
Nəzərinizə çatdırırıq ki, sabah – dekabr ayının 15-dən "Xətai" stansiyasına doğru hərəkət edən sərnişinlər «Cəfər Cabbarlı» stansiyasının hər iki yolundan istifadə edə biləcəklər.





Bütün xəbərlər