30 Dekabr 2016

Sərnişinlərə daha bir yeni il sürprizi

Dörd gün ərzində milli və dünya musiqi sənətinin inciləri təqdim olunacaq.

Yeni ilin astanasında və qədəmlərini qoyduğu ilk günlərdə sərnişinlərinə gözəl ovqat bəxş etmək istəyən «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi daha bir sosial layihəsini gerçəkləşdirir.
Bu dəfə sərnişinlərə metropolitenin bir neçə stansiyasında dörd gün ərzində milli və dünya musiqi sənətinin inciləri təqdim olunacaq.
Bu gün, dekabrın 30-dan yanvarın 2-dək günorta saatlarından başlamaqla musiqi parçaları «28 May», «Elmlər Akademiyası», «İçərişəhər» və Bənövşəyi xəttin «Memar Əcəmi» stansiyalarında səsləndiriləcək.





Bütün xəbərlər