30 Dekabr 2016

Sərnişinlərin nəzərinə!

Yeni il gecəsi stansiyaların iş rejimi gecə saat 2-yə qədər uzadılacaq

31 dekabr 2016-cı il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakı şəhərində keçiriləcək tədbirlərin iştirakçılarının daşınması məqsədilə, «Bakı Metropoliteni»QSC-nin bütün stansiyalarının iş rejimi 2016-cı il dekabr ayının 31-dən 2017-ci il yanvarın 1-nə keçən gecə saat 02:00-a, zərurət yaranarsa, saat 02:30-a qədər uzadılacaq.

«Bakı Metropoliteni» QSC





Bütün xəbərlər