25 Yanvar 2017

Stansiyalarda turniketlərin sayı artırılır

Məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir

Bakı metropoliteninin bəzi stansiyalarında turniketlərin sayı artırılıb. Aparılmış təhlillərə əsasən, gur saatlarda, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı Dənizkənarı Milli Parkın, Tofiq Bəhrəmov adına Respublika stadionunun və Bakı Olimpiya Stadionunun yaxınlığındakı “Sahil ”, “Gənclik” və “Koroğlu” stansiyalarında sərnişin sıxlığı müşahidə olunur. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, qeyd edilən stansiyaların avtomat-buraxılış nəzarət məntəqələrində əlavə turniketlər quraşdırılıb. Artıq “Sahil” və “Koroğlu” stansiyalarında quraşdırılmış turniketlər sərnişinlərin istifadəsinə verilib. Yaxın günlərdə “Gənclik” stansiyasında da işlər yekunlaşacaq.
Gələcəkdə sərnişin axınının təhlillərinə əsasən, digər stansiyalarda da əlavə turniketlərin quraşdırılması tələb olunarsa, qabaqlayıcı tədbir kimi müvafiq addımlar atılacaq.





Bütün xəbərlər