27 Aprel 2017

ELAN

Tornaçı peşəsi üzrə işə qəbul elan edilir

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tornaçı peşəsi üzrə işə qəbul elan edir.

Vakansiya üzrə tələblər:
- Təhsili: ilk peşə - iхtisas üzrə təhsil və ya оrta iхtisas təhsilli tornaçı;
- İş stajı: 3 ildən yuxarı;
- Yaş: 25-45;
- Hərbi mükəlləfiyyətli;


Tələblər:
Universal və xüsusi təyinatlı torna dəzgahlarında adi şəraitdə müxtəlif tərtibatların köməyi ilə vaqonların ehtiyat hissələrinin mexaniki emalı və ya texnoloji proseslərə uyğun olaraq qaynaq edilmiş, həmçinin örtüklənmiş hissələrin cizgilərin konstruktiv tələblərinə uyğun mexaniki emal hissələrin, məsul detalların 1-7-ci kvalitetlər (1-2-cidəqiqlik dərəcəsi) üzrə torna emalı.


Vəzifəsi üzrə bilməlidir:
Müxtəlif konstruksiyalı torna dəzgahlarının konstruksiyasını və dəqiqliyə yoxlama qaydalarını, detalların qurulma, bərkidilmə və yoxlama üsullarını və emalın texnoloji ardıcıllığını, bütün növlərdən olan normal və xüsusi kəsici alətlərin quruluşunu, həndəsəsini, termiki emalı, itilənməsi və tamamlanması qaydalarını, verilmiş dəqiqliyə və emal təmizliyinə nail olma üsullarını, xüsusi tərtibatların tətbiqi şərtlərini bilməlidir .

İş rejimi: 09:00-18:00
Maraqlanan şəxslər “Bakı Metropoliteni” Qaplı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını (http://metro.gov.az/az/career/workforus) doldurmalıdırlar.

Anket doldurarkən “işləmək istədiyiniz işin adı” xanasına “Tornaçı” peşəsinin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix: 10.05.2017





Bütün xəbərlər