09 May 2017 0:00

Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü münasibətilə musiqili layihə

Stansiyalarda konsert proqramı təşkil olunacaq

«Bakı Metropoliteni» QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və10 may - Gül Bayramı münasibətilə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.
Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə mayın 10-u sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:

- “İçərişəhər” stansiyası – saat 13:00-14:30;
- “28 May” stansiyası – saat 14:00-15:30;
- “Elmlər Akademiyası” stansiyası – saat 15:00-16:30;
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 16:00-17:30.





Bütün xəbərlər