28 May 2017

28 May - Respublika Günüdür

Bayramımız mübarək!

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edir, ölkəmizə firavan gələcək, əmin-amanlıq arzu edirik.





Bütün xəbərlər