06 Noyabr 2017

Azərbaycan Respublikasının Prezidenti metropoliten əməkdaşlarını təltif edib

Dövlət başçısı müvafiq sərəncamlar imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə "Bakı Metropoliteni"QSC-nin bir qrup əməkdaşını təltif edib.
Dövlət başçısının imzaladığı müvafiq sərəncamları diqqətnizə çatdırırıq:

 

Bakı Metropoliteninin bir qrup işçisinin
təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə
Osmanov Əlixan Qədir oğlu

“Tərəqqi” medalı ilə
Abasov Hüseynağa Həsən oğlu
Ağayev Həsənqulu Nuruş oğlu
Bayramov Avtandil Qədir oğlu
Cəfərli Əli Cəfər oğlu
Əfəndiyev Yahya Zəkəriyyə oğlu
Əhmədov Akif Mirzə oğlu
Əhmədov Faiq Adil oğlu
Əliyev Fəqan Musaxan oğlu
Əliyev Turman Musa oğlu
Fərzəliyev Dadaş Rəcəb oğlu
Gərayxanov Sədəddin Meyvəddinoviç
Həbibov Rəşad Fərman oğlu
Mayılov Əli Sədi oğlu
Məlikova Rəfiqə Ağa Əli qızı
Nəzirov Əlislam Əliqulu oğlu
Pənahov Heybətqulu Şaban oğlu
Qasımov Kəmənd Səməd oğlu
Qasımova Sevil Nadir qızı
Qəhrəmanov Ziyadxan Əlibala oğlu
Quliyev Qərib Qulu oğlu
Qurbanov Alik Dursunəli oğlu
Rəcəbov Möhsün Hüseyn oğlu
Rəhimov İlyaz Tacaddin oğlu
Səfərov Şaiq Şaban oğlu
Səlimov Oqtay Məmməd Hənifə oğlu
Xudaverdiyev Mirələm Seyfəl oğlu
Yolçuyev Elçin Əli oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr 2017-ci il.


Bakı Metropoliteninin bir qrup işçisinə
Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdünün verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Bakı Metropoliteninin tikintisində uzun müddət səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Əfəndiyev Şaiq Kərim oğlu
Xankişiyev İqor Abbasoviç
Musayev Zeynalabdin Mustafa oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr 2017-ci il.


Bakı Metropoliteninin bir qrup işçisinə
“Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
İsayev Etibar Cavanşir oğlu
Kərimov Telman Kərim oğlu
Tağıyev Səbuhi Qiyas oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr 2017-ci il.





Bütün xəbərlər