19 Aprel 2018 0:00

SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!

“Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı 2018-ci il aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır. Lakin stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik.





Bütün xəbərlər