28 May 2018

28 May – Respublika Günüdür

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur

Qədim və zəngin ənənələrə malik Azərbaycan xalqı tarixinin, milli-mədəni irsinin, dövlətçilik salnaməsinin şərəfli günlərindən birini qeyd edir. Bu gün iki əsrin bir-birinə qovuşduğu parlaq mədəni yüksəliş dövrünün məntiqi yekunu kimi meydana çıxmış və müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur.
Bu tarix xalqımızın həyatında böyük və əlamətdar hadisədir. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.
Çox qısa ömür sürsə də, Azərbaycan Xalq Cümhuriyyətinin böyük fəxrlə qeyd etdiyimiz tarixi dərsləri bu gün böyük əhəmiyyət kəsb edir. Çünki müstəqilliyimizə yenidən qovuşduğumuz 1991-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında Azərbaycan Respublikası məhz Xalq Cümhuriyyətinin varisi elan edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edir, ölkəmizə firavan gələcək, əmin-amanlıq arzu edirik.





Bütün xəbərlər