24 Avqust 2018

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixi "Gənclik" stansiyasının keçidlərində

Fotosərgidə müxtəlif dövrlərə dair nadir şəkillər nümayiş etdiriləcək

Bakı metropolitenində daha bir əhəmiyyətli sosial layihə həyata keçiriləcək.
Mühüm tarixi, sosial-ictimai mövzunu əhatə edən layihə "Bakı Metropoliteni" QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələcək.
Bu il şanlı tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Əlamətdar hadisə ilə əlaqədar metropolitenin "Gənclik" stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək. Bununla, stansiya keçidlərindən istifadə edən paytaxt sakinləri və şəhərimizin qonaqları, metro sərnişinləri, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər.
Ümumilikdə, Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək.





Bütün xəbərlər