17 Sentyabr 2018

Birinci sinifə qədəm qoyan sərnişinlərə bayram sürprizi

Stansiyalarda və qatarlarda kiçik yaşlı məktəblilərə hədiyyələr təqdim olunub

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur və ölkəmizin bütün təhsil ocaqlarında yeni tədris ili başlanır. Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC bu dəfə də birinci sinifin partası arxasına əyləşən kiçik yaşlı sərnişinlərinə sürpriz edib.Birincilər üçün xüsusi əlamətdar gündə metro stansiyalarının platformaları və vestibüllərində, eləcə də qatarlarda keçirilən aksiyanın məqsədi metro istifadəçisi olan və metropolitenin daimi sərnişinlərinə çevrilən məktəbliləri təbrik etmək, onlara dərs ilində uğurlar arzulamaq və kiçik hədiyyələri təqdim etmək olub.Metropolitenin bir qrup əməkdaşı əvvəlcə "28 May" stansiyasının əsas vestibülündə, daha sonra stansiya platformasında ilk dərsdən sonra stansiyaya daxil olan birinci sinif şagirdlərini qarşılayaraq, onların ilk dərs günü ilə bağlı təəssüratlarını soruşub, arzu və diləklərini çatdırıb, tövsiylərini veriblər.Daha sonra metropolitençilər təbrik aksiyasını qatarlarda və digər stansiyalarda davam etdiriblər.Layihə sərnişinlər tərəfindən ovqatı yüksəldən hal kimi rəğbətlə qarşılanıb.





Bütün xəbərlər