08 Noyabr 2018

Azərbaycan Respublikasının Prezidenti metropoliten əməkdaşlarını təltif edib

Metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakı metropoliteninin 51 illiyi münasibətilə
metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə
"Bakı Metropoliteni"QSC-nin bir qrup əməkdaşını təltif edib.
Dövlət başçısının imzaladığı müvafiq sərəncamları diqqətinizə çatdırırıq:

 

M.Ə.Nəbiyevə “Əməkdar mühəndis”
fəxri adının verilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 noyabr 2018-ci il.

Ş.V.Eyubova Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdünün verilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Şaiq Veyis oğlu Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 noyabr 2018-ci il.

 

Bakı Metropoliteninin bir qrup işçisinin
“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Abdusəmədov Qurban Əli oğlu
Əmrahov Rasim Zeyqəm oğlu
Mehtiyev Rafail Mehti oğlu
Mirzəliyev Əbülfəz Bağman oğlu
Tahirov Xaləddin Şərif oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 noyabr 2018-ci il.





Bütün xəbərlər