31 Dekabr 2018

Şaxta baba və Qar qızın metro görüşləri başa çatıb (FOTO-VİDEO REPORTAJ)

Dekabrın son günü, uşaqlara tutub üzünü

"Bakı Metropoliteni" QSC-nin üç gün davam edən Şaxta baba və Qar qızlı bayram ovqatlı layihəsinin üçüncü günü də zəngin və maraqlı proqramla davam edib.
Yeni ilin rəmzi qəhrəmanları "Nərimanov" elektrik deposundan yol alaraq, "Nərimanov" stansiyasından sərnişinləri qarşılamağa başlayıblar.
Qır qızın "Dekabrın son günü, bizə tutub üzünü" mahnı şüarı ilə uşaqlarla səs səsə verib, Şaxta babanı səsləyiblər.
"Yeni iliniz mübarək" təbrik və arzuları ilə Şaxta baba uşaqların qarşısına çıxıb. Dadlı-duzlu söhbətləri, sualları, tapmacaları ilə şənliyə başlayan Şaxta baba şeir, nəğmə hədiyyəsini alaraq Qar qızla birlikdə xurcunundan uşaqlara Yeni il sovqatları paylayıb.
Retro vaqonda səsləndirilən Yeni il ovqatlı musiqi çələnginin sədaları altında bütün yol boyu mahnı, rəqs çələngi ilə uşaqlar ilin qəhrəmanları ilə əylənib, şənləniblər.
"Gələn görüşlərədək" deyərək Şaxta baba və Qar qız yeni macəralar, sərgüzəştlər ardınca yollanıblar.





Bütün xəbərlər