10 May 2019

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

Onun xatirəsi Bakı metropoliteninin kollektivi üçün daim əzizdir

Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasından 96 il ötür.
Azərbaycan xalqının taleyində və tarixində silinməz iz qoymuş bu dahi şəxsiyyət hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir dövlət xadimlərindəndir.
Azərbaycana rəhbərlik etdiyi illərdə onun respublikanın inkişafına verdiyi töhfələr metropolitendə də daim hiss olunub. Həmin dövrdə metro tikintisində canlanma yaranıb, yeni stansiyalar istifadəyə verilib. Ulu öndərin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə metronun cəmi 6 stansiyası və 8,8 kilometr xətti var idisə, sonrakı illərdə daha 21,1 kilometr xətt və 14 yeni stansiya inşa edilib.
Ulu öndərin “Bakı metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində nadir bir hadisədir” sözləri bu nəqliyyat növünə verilmiş ən böyük tarixi qiymətdir.

* * * 

Bu gün "Bakı Metropoliteni" QSC kollektivinin nümayəndələri Fəxri xiyabanı ziyarət edərək, ümumilli liderin məzarı önünə gül-çiçək dəstələri düzüb və paytaxt metropoliteninin inkişafında danılmaz xidmətləri olan dahi şəxsiyyətə hörmət və ehtiramlarını ifadə ediblər.





Bütün xəbərlər