25 İyun 2019 16:45

Azərbaycan ordusunun yaranmasından 101 il ötür

Milli Ordumuz, bayramın mübarək!

Tariximizin əlamətdar səhifələrindən biri Azərbaycan Milli Ordusunun yarandığı gündür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi. Azərbaycan Ordusunun yaranmasının 101 illiyi və Silahlı Qüvvələr Günü münasibəti ilə xalqımızı “Bakı Metropoliteni” QSC kollektivi adından təbrik edirik.
Azərbaycan Silahlı Qüvvələri dövlətimizin qüdrətinin nümunəsi, hər birimizin iftixar yeridir. Sürətlə inkişaf edən ölkəmizin Silahlı Qüvvələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu dövlətin və xalqın etimadını doğruldaraq, qarşıda duran ən əsas vəzifəni - ərazi bütövlüyümüzü təmin etməyə qadirdir.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi, orduda güclü nizam-intizamın bərqərar olması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər işğal altında olan doğma torpaqlarımızın düşmən əsarətindən azad olunacağı günü daha da yaxınlaşdırır.
Qoy, bu bayram əhval-ruhiyyəsi tezliklə xalqımıza qələbə sevincini nəsib etsin!

BAYRAMIMIZ MÜBARƏK OLSUN!





Bütün xəbərlər