08 Avqust 2019 0:00

Qurban bayramınız mübarək!

Kəsdiyiniz qurbanlar, etdiyiniz dualar qəbul olsun!

İslam dünyasının ən ülvi və böyük bayramlarından biri olan Qurban bayramı, bütün müsəlman aləmində olduğu kimi, ölkəmizdə də təmtəraqla qeyd edilir. Qurban bayramı İslam dininin təbliğ etdiyi ali keyfiyyətlərin, ilk növbədə, mərhəmət və halallığın, birlik və bərabərliyin, həmrəylik və qardaşlığın rəmzidir. Bu bayram bizi xeyirxah əməllərə, paklığa, saflığa dəvət edir. “Bakı Metropoliteni” QSC-nin kollektivi bəşəri dəyərlərin tərənnümçüsü olan Qurban bayramı münasibəti ilə bütün xalqımızı, soydaşlarımızı səmimi qəlbdən təbrik edir. Allahdan kəsilən qurbanlarınızın və dualarınızın qəbul olunmasını təvəqqe edirik. Qoy, bu əziz bayramın nuru ocaqlarımıza sevinc və ruzi, süfrələrimizə bolluq və bərəkət gətirsin, gələcəyə ümid və inamımızı gücləndirsin, birlik və bərabərliyimizi daha da möhkəmləndirsin.

 Bayramınız mübarək!





Bütün xəbərlər