18 Oktyabr 2019 0:00

18 Oktyabr - Müstəqillik Gününüz mübarək!

Müstəqilliyimizin 28-ci ildönümüdür

1991-ci ilin 18 oktyabr tarixində müasir Azərbaycan Respublikası yenidən öz dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını ümumxalq ifadəsi ilə təsdiqlədi.
Danılmaz həqiqətdir ki, Azərbaycan xalqının bu azadlıq ideallarının qəti təsdiqini tapması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik rəhbərin ikinci dəfə hakimiyyətə gəlişi ilə gerçəkləşdirdiyi missiya nəticəsində ölkədə vəziyyət kökündən dəyişdi.
Ulu öndər Heydər Əliyevin xalqımızın müstəqil, azad və rifah halında yaşaması üçün yaratdığı memarlıq əsəri olan Azərbaycan bu gün etibarlı əllərdədir və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu hər bir azərbaycanlı dəstəkləyir və müstəqilliyimizin qorunması qarşımızda ən ümdə vəzifə kimi müəyyən edilib. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir.
Onun qorunub saxlanılması hər birimizin müqəddəs borcudur.

Müstəqillik Gününüz mübarək!





Bütün xəbərlər