08 Noyabr 2019 19:06

Dövlət Bayrağı Günümüz mübarək!

Müqəddəs bayrağımız əbədi dalğalansın!

Dalğalanan üçrəngli müqəddəs bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilərək qaldırılıb.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə olub.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri,  “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə imzaladığı Sərəncama əsasən, hər ilin 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Qoy üçrəngli, ay-hilallı bayrağımız həmişə dalğalansın!
Bayramınız mübarək, əziz həmvətənlər!





Bütün xəbərlər