24 Noyabr 2019 6:50

Məlumat

Qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" istiqamətində təşkil edilir

"Neftçilər-Qara Qarayev" mənzilində saat 05:41-də təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əksinə istiqamətdə təşkil edilir.

Hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür.

İctimaiyyətə əlavə məlumat veriləcək.





Bütün xəbərlər