20 Aprel 2015

Kadr komissiyası işinə başladı

«Bakı Metropoliteni» QSC fəaliyyətinin ilk ilində xüsusi diqqətlə yanaşdığı əsas məsələlərdən biri insan resurslarının idarə edilməsi...

«Bakı Metropoliteni» QSC fəaliyyətinin ilk ilində xüsusi diqqətlə yanaşdığı əsas məsələlərdən biri insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi olub.

Kadrların seçilməsi, işə qəbulu, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təklif və rəylərinə baxılması və digər müvafiq işlərin təkmilləşdirilməsi məqsədi ilə bu ilin yanvar ayında «Bakı Metropoliteni» QSC-də kadr komissiyası yaradılıb. Kadrların yerləşdirilməsi və vəzifə irəliləyişinin təmin edilməsi işçinin ixtisasına uyğun bilik səviyyəsi, təyin olunacaq vəzifə və ya peşəyə uyğun əmək stajı, eləcə də peşə bacarığı əsas prinsip kimi götürülür. Komissiya namizədlərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, karyera yüksəlişinə layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq və şəffaflıq əsasında müsabiqə keçirilməsini təmin edir. Müsabiqə iki mərhələdə — test imtahanı və müsahibə şəklində təşkil edilir.

Fevralın 13-də təlim-tədris mərkəzində müsabiqənin ilk mərhələ imtahanı keçirilib. Vəzifə və peşə dəyişikliyi ilə bağlı imtahanda iştirak edən hərəkət xidmətinin 28 əməkdaşından 19-u sınaqdan müvəffəqiyyətlə keçərək müsabiqənin ikinci mərhələsinə buraxılıb.





Bütün xəbərlər