31 Dekabr 2019 15:10

Məşhurların metro sərnişinlərinə bayram təbriki

İlin son sosial layihəsi

“Bakı Metropoliteni” QSC yeni il ərəfəsində daha bir fərqli sosialyönümlü layihəni sərnişinlərinə təqdim edir. Belə ki, il ərzində 230 milyondan artıq sərnişin daşıyan, ən təhlükəsiz, ən rahat, ekoloji baxımdan ən təmiz nəqliyyat növü olan Bakı metropoliteninin rəhbərliyi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini “SS Production” şirkəti ilə birgə hazırladığı video-çarxlarla tamamilə fərqli ruhda təbrik edir.
 Sosialyönümlü layihələri ilə hər zaman sərnişinlərini maarifləndirən “Bakı Metropoliteni” QSC-nin yayımladığı sosialyönümlü video-çarxlar respublikamızın məşhur simalarının təqdimatında müxtəlif tematik mövzularda hazırlanıb. Belə ki, tanınmış televiziya aparıcısı, prodüser Nərgiz Cəlilova,  tanınmış şoumen, naşir, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə, Azərbaycanın Xalq artisti Miri Yusif, məşhur radioaparıcı, səmərəli fəaliyyətinə görə, bu yaxınlarda “Tərəqqi” medalına layiq görülmüş DJ Fateh və metropolitençilərin təqdimatında hazırlanan sosial çarxlar həm televiziya kanallarında, həm sosial şəbəkələrdə, həm də stansiyalardakı reklam monitorlarında nümayiş olunur. Müxtəlif mövzulu videoçarxlarda məşhurlarımız metro ilə bağlı xatirələrini, metronun ən əlçatan, ən asan sərnişindaşıma vasitəsi olduğunu, uşaqlıqlarının saf xatirələrini, səmimiliyi məhz metroda gördüklərini ən səmimi sözlərlə ifadə etmişlər. Ən nəhayət, metropolitençilərin sərnişinlərə bayramlar münasibətilə təbrikləri də bu layihədə yer alıb.

Bəhram Bağırzadə- https://www.youtube.com/watch?v=9Rb9q2X1qp0
DJ Fateh- https://www.youtube.com/watch?v=T8L1JOlEmzU  
Miri Yusif- https://www.youtube.com/watch?v=H3BMrNzUQCA  
Nərgiz Cəlilova- https://www.youtube.com/watch?v=DF5BX5d4Aig  





Bütün xəbərlər