08 Yanvar 2020 14:45

Metropolitençilərin bayram səfərləri

İstanbulda qarşılanan 2020-ci il

2019-cu ilin son günlərində “Bakı Metropoliteni” QSC rəhbərliyinin eləcə də, Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə metropolitençilərin mədəni istirahətinin və asudə vaxtlarının səmərəli təşkili üçün artıq ənənəyə çevrilmiş səyahətlər təşkil edilib. Müəssisənin müxtəlif xidmət və struktur bölmələrindən olan 50 nəfərdən ibarət qrup dekabr ayının 30-da İstanbul şəhərinə yollanıb. Bakıdan təyyarə ilə yola düşən metropolitençilər İstanbulda qarşılanaraq, əvvəlcədən ayrılmış dördulduzlu “Lion” hotelinə yerləşdiriliblər. Gün ərzində yeməklərin verilməsi, şəhərdə gəzintilərin aparılması tura daxil olub. Təşkil edilən ekskursiyalarda iştirak edən metropolitençi turistlər Topqapı sarayı, Kapalı Çarşı, Aya Sofya, Sultan Əhməd məscidləri və digər bunun kimi tarixi yerləri gəzib, “Qara dəniz” turu ilə Boğaz içinə səyahət ediblər. Metropolitençilər yeni ili füsunkar mənzərəsi ilə bütün dünyanın valeh olduğu Boğazda qarşılayıb, atəşfəşanlığa tamaşa ediblər. Yeni ili tarixi şəhər İstanbulda keçirmək metropolitençilər üçün unudulmaz xatirəyə çevrilib.
Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, “Bakı Metropoliteni” QSC rəhbərliyi 2014-cü ildən başlayaraq metropolitençi əməyinin qiymətləndirilməsi, qabaqcıl işçilərin stimullaşdırılması naminə fərqli layihələri MİHİ ilə birgə olaraq daimi şəkildə həyata keçirir və bu artıq ənənəyə çevrilib. Belə ki, bayram və tətil günlərində ölkəmizin dilbər guşələrinə, həmçinin ölkə xaricinə təşkil edilən turlar metropolitençilərin tətil günlərini səmərəli, yaddaqalan edir.





Bütün xəbərlər