19 Mart 2020 17:07

NOVRUZ BAYRAMINIZ MÜBARƏK, ƏZİZ HƏMVƏTƏNLƏRİMİZ!

Novruz təbiətin oyanışının başlanğıcıdır

Xalqımız qədim tarixi olan Novruz bayramını hər il böyük təntənə ilə qeyd edir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayram fərdlər arasında birliyin və mehribanlığın möhkəmlənməsi, insanların bir-birinə mərhəmət və diqqət göstərməsi, bahar təravətli günlərin həyatımızı rövnəqləndirməsi, torpağın, suyun yeni vüsətlə oyanması kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı təbiətin oyanışının başlanğıcıdır. Novruz ruhun mənəvi yüksəlişi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
İnsanların həyatına yeni nəfəs gətirən, qəlbləri sevindirən, yurdumuza ayaq basan, bayramların ən sevimlisi Novruz bayramınız mübarək olsun!
Qoy, özü ilə bahar təravəti gətirən Novruz həyatınıza bayram ovqatı bəxş etsin! Hər birinizə cansağlığı, ailə səadəti, yüksək əhval-ruhiyyə, işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

Bayramınız mübarək, əziz həmvətənlər!





Bütün xəbərlər